Suvenir qablarda siqaret keçirmək istədi
14 Aprel 2016 14:20 KriminalBiləsuvar Gömrük darəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusunda yoxlanılarkən iki ədəd rəsm tablosu və iki ədəd suvenir qabın içərisində yad predmetlərin olduğu görünüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı həmin vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin təkrar baxış nəticəsində vətəndaşa məxsus iki ədəd rəsm tablosunun arasında 1100 ədəd, iki ədəd suvenir qabın içərisində isə 400 ədəd olmaqla, cəmi 1500 ədəd "Amor" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31