\\Bakıda keçmiş məhkumun oğurluq əməli ifşa olunub. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Samux rayon sakini Məmmədəli Babayevin 350 manatını oğurlamış Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədli tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31