Mənzil oğrusundan heroin çıxdı

Bakıda çoxlu sayda evdən oğurluq etmiş şəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 22-dən aprelin 4-dək olan müddətdə Bakı şəhər sakinləri Samir Qurbanlıya, Ceyhun Qasımzadəyə və Oruc Bayramova məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamış paytaxt sakini Seymur Mirzəyev tutulub. Ondan 0,379 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31