Avtomobillərə qənim kəsilən dəstə zərəsizləşdirilib

Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər saxlanıb. DİN-dən verilən məlumata hörə, Binəqədi RPİ 4-cü PBəməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də və 7-də Bakı şəhər sakinləri Müseyib Məmmədova, Vaqif Məmmədova və Eyvaz Atayevə məxsus avtomobillərdən akkumulyator oğurlamış həmyerliləri Azad Mikayılov və Əkbər Əhmədov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 8-nə keçən gecə rayon ərazisində daha 3 avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31