Ölkəyə qaçaqmal yolu ilə siqaret keçirilməsinin qarşısı alınıb
12 Aprel 2016 12:35 KriminalTovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə "Sınıq Körpü" gömrük postunda baxış keçirilib. Yoxlama zamanı avtomobildən 12 000 ədəd xarici markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31