Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 10-da saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə 60-65 yaşlı qadını vurub. Nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31