Dayısının maşınını qaçıran yaxalanıb
11 Aprel 2016 16:25 KriminalSuraxanı rayonunun Qaraçuxur qəsəbəsindən qəsəbə sakini Vaqif İsrafilov dayısı İlkin Qəhrəmanova məxsus "Hyundai" markalı avtomobili qaçırıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil aprelin 11-nə keçən gecə Xətai rayonu ərazisində ön hissəsi əzik vəziyyətdə saxlanılıb və sürücü V.İsrafilovla birgə aidiyyəti üzrə təhvil verilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31