İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, həmin vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb. Təkrar baxış zamanı ayaqqabının dabanlarının sonradan oyularaq hazırlanmış oyuqlarında cəmi 2 ədəd bükümdə, ümumi xalis çəkisi 91,396 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31