Nardaranda növbəti əməliyyat: saxlanılan var

Bakının Sabunçu rayonunda xüsusi əməliyyat keçirilib. Teleqraf.com bildirir ki, əməliyyat rayonun Nardaran qəsəbəsində həyata keçirilib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları Nardaran qəsəbəsi, Tusi küçəsi, döngə 2, ev 34 ünvanına baxış keçiriblər. Baxış zamanı 1986-cı il təvəllüdlü Fuad Əhmədzadəyə məxsus 1 ədəd sənədsiz tüfəng aşkar olunub. Faktla bağlı 42-ci polis bölməsində araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31