Zəfər İqtisadiyyatı Proqramı hazırlana bilər-İqtisadçı alimdən təklif - ÖZƏL
14:35 İqtisadiyyatİqtisadçı alim, professor Zahid Məmmədov "Olaylar"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
-Zahid müəllim, ölkə iqtisadiyyatının özəlləşdirmədən sonrakı vəziyyətini necə dəyərləndirisiniz?
-Özəlləşdirmədən sonrakı dövrdəki iqtisadiyyat və istehsal prosesinin vəziyyəti araşdırılmalıdır. Müəyyən edilməlidir ki, sahibkarlar, iş adamları hansı şərtlərlə özəlləşdirmədə iştirak ediblər və onların fəaliyyəti iqtisadi inkişafa necə təsir edib. Tutaq ki, vaxtilə süd, yaxud yağ zavodu fəsliyyət göstərib, 500 nəfər əməkdaşı olub. Özəlləşdirmə zamanı sahibkar müasir avadanlıqların alınması, texniki yenidən qurma işlərinin həyata keçirilməsilə bağlı öhdəlik götürüb. Əgər sahibkar o iş yerini "parkovka" edibsə, bir nəfər əməkdaş pultu açıb-bağlamaqla pul yığırsa, bu iş olmadı. Çünki kifayət qədər böyük torpaq sahəsi, geniş fəaliyyət kənarda qaldı. Bütün bu məsələlər audit olunaraq baxılmalıdır ki, həmin özəlləşdirilən sahələrin vəziyyəti nə yerdədir. Son hadisələr göstərdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı, ümumilikdə ərzaq təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin əsas komponomentlərindən biridir. Necə ki, biz enerji, maliyyə təhlükəsizliyini ifadə edirik, ərzaq təhlükəsizliyi də onlar qədər vacib sahələrdən biridir. Ona görə də bütün özəlləşdirilmiş fabrik-zavodların təyinatına uyğun fəaliyyət göstərib-göstərməməsi araşdırılmalıdır.
Rakovka və ya restoran işlətməkdən ötrü heç də özəlləşdirməyə ehtiyac yox idi. Özəlləşdirmənin məqsədi yeni iş yerləri yaratmaqla məşğulluğu artırmaq, iqtisadi artıma dəstək olmaq, dövlətin bürcəsini formalaşmasında iştirak etməkdir.
-Sahibkarlara dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Lazımi vəsait ayrılır, güzəştli kreditlər verilir, əsassız yoxlamalar dayandırılır. Belə halda götürdükləri öhdəlikləri icra etməkdə sahibkarlara nə maneə olur?
- 1990-cı illərdə bəzi məsələlərə diqqət edilməyib, boşluq olub. Bu boşluqlar çərçivəsində hansısa strateji obyektlər özəlləşdirilbsə, bu məsələyə yenidən baxılması günün vacib məsələsidir. O gün biri deyir ki, adam vaxtilə bir obyekt alıb, indi orada yol çəkirlər, bu adam heç bir iş görməyib, lakin sahibkar kimi 6-7 milyon manat pul alıb. Necə ola bilər ki, heç bir iş görmədən, heç bir fəaliyyət olmadan bu qədər pul alsan? Özəlləşdirməyə hədiyyə ola bilməz, çünki onun məqsədi ölkə iqtisadiyyatına dəstək olmaqdır.
-Belə məlum olur ki, özəlləşdirmədən sonrakı dövr üçün bütün sahibkarların fəaliyyəti təftiş olunmalıdır.
-Özəlləşdirmənin məqsəd və məramı aydındır. Dünyanın hər yerində belə bir hesabatlılıq var. Araşdırma aparılır ki, həyata keçirilən özəlləşdirmə məşğulluğa, ölkənin valyitasının girişi və çıxışına necə təsir edib, işsizliyin qarşısının alınmasında payı nə qədər olub? Özəlləşdirmənin nəticəsini müəyyən etməkdən ötrü bu kimi məslələr araşdırılmalıdır.
-Ölkə bazarında təklif olunan ərzaq və qeyri-ərzaq məhsullarının böyük əksəriyyəti idxal mallardır. İqtisadiyyatın idxaldan azılılığını aradan qaldırmaq üçün hansı tədbirlərə ehtiyac var?
-İdxaldan asılılıq iqtisadi inkişafa maneə olur. Bu baxımdan iqtisadiyatın idxaldan azad olunması üçün müvafiq addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadiyyatdan asılılıq ölkədən valyuta çıxışına imkan yaradır, həmin ölkələrdə qiymət artımına təsir göstərir. Dükana girisən, hər gün qiymət dəyişikliyi müşahidə olunur. Əgər maaşlarda artım yoxdursa, ərzaq məhsullarının qiymətinin artımı sabit gəlirli insanların güzəranın təsirsiz ötüşmür. Ona görə, idxal mallarının Azərbaycanda istehsalının təminatı üçün müvafiq addımlar atılmalıdır. Ərzaq məsələsi özəlliklə zəfər iqtisadiyyatına keçidi tələb edir. Bundan ötrü Zəfər İqtisadiyyatı Proqramı hazırlana bilər. Qalib ölkə olaraq Zəfər İqtisadiyyatı modeli çərçivəsində ərzaq təhlükəsizliyinin təminatının ön plana çıxarlması vacibdir. Hərbi iqtisadiyyatı təmin etməkdən ötrü həm ərzaq, həm də hərbi təchizata üstünlük verilməlidir. Bunun üçün tələb olunan şərtlər yerinə yetirilməlidir.
Alim Hüseynli