"Ankara-Moskva münasibətlərinin normallaşması Rusiya ilə ticarət dövriyyəmizə mənfi təsir etməyəcək"

Ankara-Moskva münasibətlərinin normallaşması Azərbaycanla Rusiyanın ticarət dövriyyəsinin həcminə mənfi təsir etməyəcək.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

"Düşünürəm ki, əskinə, qonşularımız arasında münasibətlərin normallaşması bizə də müsbət təsir edəcək. Bilirsiniz ki, bizim hər iki ölkə ilə münasibətlərimiz olduqca yüksək səviyyədədir. Bunun nəticəsidir ki, hər iki ölkə ilə ilbəil ticarət dövriyyəmiz artır. Bilirsiniz ki, bizim məhsullarımızın keyfiyyətinin yüksək olması səbəbindən onlara Rusiyada tələbatı artırır. Rusiyaya ixracımız artmaqdadır", - deyə nazir müavini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31