SOCAR-da QHT rəhbərləri ilə “dəyirmi masa” keçirilib
29 İyun 2016 13:55 İqtisadiyyatSOCAR-ın Baş ofisində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri hökumət təşkilatları (QHT) rəhbərlərinin iştirakı ilə "İri investisiya layihələri, maliyyə dayanıqlığı və kreditlərin idarə olunması" mövzusunda dəyirmi masa keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə şirkətin vitse-prezidentləri Süleyman Qasımov, Xalik Məmmədov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov ictimaiyyəti maraqlandıran məsələlər haqqında ətraflı məlumat veriblər. Tədbirdə SOCAR-ın iri investisiya layihələri, maliyyə durumu, risklərin və kreditlərin idarə olunması üzrə fəaliyyəti ilə əlaqədar aktual problemlər geniş müzakirə olunub, səmərəli diskussiya və fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31