Dövlət öz vergi siyasəti ilə istehsalın və xidmətlərin həcminin artırılmasında maraqlıdır
28 İyun 2016 14:36 İqtisadiyyatFikrət Yusifov: "Çünkü belə olduğu halda onun büdcəsi də daha çox gəlir əldə edə bilir"
Son aylar istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və sahibləri sanki bir-birləri ilə razılaşdırılmış şəkildə ƏDV-dən azad olunmaq üçün müraciətlər edirlər. Bu müraciətlərin arxasında dayanan həqiqətlər nədən ibarətdir? Doğrudanmı bütün problemlər ƏDV ilə bağlıdır?
Məsələ ilə bağlı fikirlərini bildirən "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, əgər müraciət edən tərəflərin bütün problemləri ƏDV ilə bağlıdırsa, onda onlar nə üçün məhz son aylar aktivləşiblər? "Axı bu müəssisələrin hər biri indi azad olmaq istədikləri ƏDV-ni illərlədir ki, problemsiz ödəyirdilər. Deməli məsələnin başqa tərəflər ivar. Sadəcə baş verən iqtisadi böhran hər kəsə öz təsirini göstərdiyi kimi, bu sahələrə də təsirsiz ötüşməyib və nəticə etibarilə onların rentabelliyi aşağı düşüb, gəlirləri azalıb. Bu səbəbdən də indi hər kəs öz itkilərini bərpa etmək yollarının axtarışındadır. Məsələn, iri supermarket sahiblər iinsanlara normal xidmət göstərmək, əhaliyə satdıqları malların, məhsulların qiymət və keyfiyət göstəricilərinə görə bir biri ilə rəqabət aparmaq əvəzinə, öz aralarında razılaşaraq daha asan yol - ƏDV-dən azad olmaq üçün hökumətə müraciət yolunu seçiblər. Başqa bir misal. Azərbaycan Dəmir Yolları QSC -də dəmir yolunun ƏDV-dən azad olunmasını israrla tələb edir" Ümumiyyətlə, əlavə dəyər vergisi necə müəyyən edilir, onu hansı hallarda ləğv etmək mümkündür və bu təşəbbüs kimə məxsus olmalıdır? İqtisaadçı deyir ki, ƏDV dövlət büdcəsinin əsas gəlirlərindən biridir və onun hansı sahələrdən necə alınmasını hökumət bu verginin ödəyicilərinin sifarişi və ya xahişi ilə deyil, özünün vergi siyasəti ilə müəyyən edir. Vergi Məcəlləsində ƏDV-dən azad olmalar və onun "0" dərəcə ilə tətbiqinə dair böyük bir siyahı var. Hökumət hər bir müəssisənin, sahənin vergi yükünü müəyyən edərkən, bütün reallıqları nəzərə alır və zərurət olduğu hallarda öz qərarlarında müvafiq dəyişiklikləri aparır. Bu səbəbdən vergi ödəyicilərinin yaranmış böhran şəraitində mətbuat vasitəsilə hökumətə "bizi ƏDV-dən azad etməsəniz müflüs olarıq, iş yerləri bağlanar və s."kimi lozunq xarakterli çağrışlarla təzyiq etməsinə ehtiyac yoxdur. Təəssüf ki, bəzi mətbu orqanları belə "vasitəçi" missiyasını öz üzərinə götürüb, hökumətə bu çağrışı edənlərin səsinə səs verirlər. Bütün hallarda gəlin unutmayaq ki, vergi yükünün çəkisini bu vergiləri müəyyən edən tərəf onun ödəyicilərindən daha yaxşı bilir". Fikrət Yusifovun sözlərinə görə, dövlət heç vaxt istəməz ki, vergi yükünü həddindən artıq ağır edib müəssisəni iflic vəziyyətə salsın: "Ona bu lazım deyil. Əksinə, dövlət öz vergi siyasəti ilə istehsalın və xidmətlərin həcminin artırılmasında maraqlıdır. Çünkü belə olduğu halda onun büdcəsi də daha çox gəlir əldə edə bilir. Bu səbəbdən də ƏDV-nin taleyinin müəssisə və ya sahə rəhbərliyinin baxışları və ya tələbi ilə müəyyən olunması mümkün deyil. Əgər bu baş verərsə, onda hər kəs inansın ki, büdcə indiki gəlirlərinin heç 1 /10-ni də ala bilməz".
Füzuli