Rusiya yenə qapılarını Azərbaycanın üzünə bağladı

İyun ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyub.

APA bildirir ki, Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində Federal Agentliyin müfəttişləri Azərbaycandan qonşu ölkənin ərazisinə ixrac olunan albalı, alça, qarağat və moruqdan ibarət yükü geri qaytarıb.
 
Rusiyanın dövlət rəsmiləri iddia edir ki, bu cür hadisələrin baş verməsinə səbəb yük sahiblərinin keçirdiyi yük üçün aldığı fitosanitar sertifikatı təqdim etməməsidir. Bundan başqa, müfəttişlər zərərli məhsulların aşkarlandığını da bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31