Elman Rüstəmov UNEC-də

Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, rektor, professor Ədalət Muradov UNEC-də ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə dair müzakirələrin aparılmasının əhəmiyyətindən danışıb. Mərkəzi Bank sədri, eyni zamanda universitetin fəxri məzunu Elman Rüsəmovla görüşün UNEC-in elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini bildirib. Rektor bu məqəsdlə "Diskurs.az" iqtisadi forumunun və "UNEC Exspert" jurnalının təsis edildiyini qeyd edib. Bildirib ki, bu resurslar universitetin iqtisadçılarına iqtisadi proseslərə öz münasibətini bildirmək imkanlarını yaradır. AMB sədri Elman Rüstəmov ölkənin aparıcı universitetlərindən olan UNEC-də iqtisadçı mütəxəssis və ekspertlərlə müzakirələr aparmağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, universitet iqtisadçılarının ölkə iqtisadiyyatında cərəyan edən hadisələrə münasibəti əhəmiyyətlidir. AMB sədri "İqtisadi artım və makroiqtisadi siyasət" mövzusunda məruzə ilə çıxış edib. E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31