Prezidentin köməkçisi: "Valyuta bazarında sabitləşmə müşahidə olunur"
21 İyun 2016 11:17 İqtisadiyyat"Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur".
Bunu Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
"Neftin qiymətinin aşağı düşməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan xarici investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının silsilə devalvasiyaya uğraması qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunub saxlanması məqsədilə ölkəmizdə milli valyutanın devalvasiyasını zərurətə çevirmişdi. Aparılan məqsədyönlü tədbirlə nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental dəyərini qorumaqdadır", - deyə prezidentin köməkçisi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31