Nazir müavini: Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub

Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya sərmayələrinin ümumi həcmi 3 milyard dollar təşkil edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600-dən çox müəssisə qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31