Daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib
14 İyun 2016 15:22 İqtisadiyyatSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq, iyunun 14-də Salyan və Cəlilabad rayonlarının daha 2 kəndinə təbii qaz verilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, Salyan rayonunun 477 abonenti olan Çadırlı kəndinin yenidən qazlaşdırılması məqsədi ilə 41933 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
328 abonentlik olan Cəlilabad rayonunun Sərhədabad kəndinin qazlaşdırma işləri zamanı 24497 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.