Kreditlərlə bağlı ilk təşəbbüs banklardan gəlməlidir
Əks halda problemlər böyüyərək bankların özlərinə zərər vuracaq
9 İyun 2016 12:47 İqtisadiyyatAzərbaycanda həyata keçirilən düşünülmüş iqtisadi siyasət bir sıra naliyyətlərə imza atmağa şərait yaradıb. Belə ki, əksər dünya ölkələrinin iqtisadi tənəzzül keçirdiyi bir məqamda Azərbaycanda şaxələnmiş iqtisadi siyasətə üstünlük verilir. Nəticədə ölkənin dinamk iqtisadi inkişafı təmin olunur. Elə bu səbədən də bəzi inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirilər. Millət vəkili, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili bildirib ki, Azərbaycan hazırda iqtisadi islahatar dövrü yaşayır. Bu gün iqtisadiyyatımızın yenidən qurulması, strukturların daha çevikləşməsi üçün imkanlara malikik. Son 3-4 ayda ölkə prezidentinin təəbbüsü ilə iqtisadi sahədə atılan mütərəqqi addımlar öz töfhəsini verməkdədir. Bu da özünü daha çox xarici investisiyaların ölkəyə daxil olmasını, mütərəqqi texnologiya xə innovasiyaların tətbiqində göstərir: " Mən Amerikada aldığım təhsil iqtisadiyyat və texnologiya ilə bağlı olduğu üçün Milli Məclisdə iqtisadi qanunvericilik aktlarının hər birində yeni inovasiyya və texnologiyaların iqtisadi sahəyə tətbiqi üçün ehtiyac olduğu zaman təşəbbüslərimi irəli sürürəm. Yaxın 1 il ərzində bizim İqtisadiyyat komitəsinin müzakirə edəcəyimiz mühüm məsələləri olacaq. Bunlar alternativ enerji, kiber təhlükəsizlik, elektron ticarətin təkmilləşdirilməsi kimi mühüm sahələri əhatə edəcək. Ən vacibi isə Azərbaycanda yeni elektron avtomobil sənayesinin təkmilləşdirilməsi olacaq". Azərbaycanda yaranana kredit probleminə toxunan deputat qeyd edib ki, bu məsələ dəfələrlə parlamentin iclaslarında çox ciddi müzakirələrə səbəb olub: "Bizim ümumi fikrimiz odur ki, vətəndaşlara dollar kreditlərinin geri ödənilməsi ilə bağlı ilk güzəşti banklar etməlidir. Amma bu məsələ də həl də fərqli fikirlıər də mövcduddur. Mən də hesab edirəm ki, ilk güzəşti məhz vaxtilə vətəndaşlara kreditləri dollarla verən banklar etməlidir. Kreditlərin asanlaşdırılması, vaxtında banklara geri ödənilməsi ilk növbədə banklarn özlərinin maraq dairələrində olmalıdır. Əgər banklar tərəfindən ilkin təşəbbüs gəlməsə, bu, dollarla kreditlərin geri qaytarılmasında, yığımında daha dərin problemlərə gətirib çıxaracaq. İkinci güzəşt addımı isə təbii ki, dövlət büdcəsi hesabına, hökumətin dəstəyi ilə edilə bilər. Düşünürəm ki, qısa müddət ərzində dollarla olan kredit probleminin aradan qaldırılması üçün konkret addımlar atılacaq". Onun sözlərinə görə, dollarla olan problemli kreditlərin ödənilməsi üçün o qədər də böyük məbləğ tələb olunmur. Əgər ölkədəki bankların sayını nəzərə alaraq dollarla olan problemli kreditlərin məbləğini onlar arasında bölsək, görərik ki, həqiqətən də banklara çox da maliyyə yükü düşmür: "Sadəcə bu gün banklar bu məsələdə iradə nümayiş etdirməli və qəti addımlar atmalıdırlar. Əks halda, hər gün ödənişlər olmadıqca, faiz məbləğləri daha da artacaq, problemlər böyüyərək yekunda bankların özlərinə zərər vuracaq. Əslində devalvasiyalardan və dollarla olan problemli kreditlərin yaranmasından sonra banklar o qədər də qazanc əldə edə bilməyiblər. Əgər bankların dəstəyi ilə bu problem tez bir zamanda həllini tapa bilsə, burada yenə də ən çox qazanan tərəfə bankların özləri olacaq. Bu kimi gedişlər iqtisadi böhranlar zamanı bütün dünyada tətbiq edilən praktikadır. Yəni belə çətin məqamlarda iri şirkətlər, banklar öz bazarlarını genişləmdirmək, əvvəlki müştərilərini bərpa etmək üçün bəlli zamana qədər güzəştlər tərtbiq edirlər". Millət vəkili xatırladıb ki, ATƏT PA-da Azərbaycandan olan nümayəndələr iyulda Tiflisdə baş tutacaq toplantıya hazırlaşır. Bu sammitin keçirilmə vaxtı ilə ATƏT Parlamentinə sədr seçkiləri eyni vaxta təsadüf edir: "Buna baxmayaraq, bizim nümayəndə heyəti Dağlıq Qarabağ ətrafında ermənilərin törətdiyi təxribatlar, təmas xəttində atəşkəsi pozması, zorakılıq halları, bizə qarşı istifadə etdikləri fosfor bombaları, "Metsamor" AES-in region və Azərbaycan üçün nə qədər ziyanlı olması haqqında geniş məruzə ilə çıxış edəcək. Sonuncu dəfə mənim də qatıldığım və Almaniyada baş tutan ATƏT-in seminarında qaldırdığımız mühüm məsələlər ATƏT nümayəndələrinin kifayət qədər marağına səbəb oldu, məmnunluqla bizə öz dəstəklərini nümayiş etdirdilər. Görüş zamanı müzakirə etdiyimiz məsələlərdə ortaya real faktlar, məntiqi yanaşma qoymağımız bizim nümayəndə heyətimizin erməni nümayəndə heyətindən üstün olduğunu bir daha sübut etdi. Bizim verdiyimiz suallara ermənilər heç bir məntiqli və əsaslı cavablar tapıb tapa bilmirdilər.Təbii ki, iyul ayında ATƏT PA-nın Tilflisdəki sessiyasında Almaniya Bundestaqının "erməni soyqrımı"nın tanınması haqqında qətnaməsinə də öz tənqidi və qınayıcı münasibətimizi bildirəcəyik. Çünki Almaniya parlamentində qəbul edilən bu qətnamə yersiz, məntiqsiz və heç bir əsası olmayan sənəddir. Bu cür tarixi hadisələrə siyasətçilər, deputatlar tərəfindən deyil, tarixçilər tərəfindən qiymət verilməlidir. "Erməni soyqrımı" haqqında Almaniya parlamentində qətnamə qəbul edilən zaman mən də Almaniyada idim. Orada məlum oldu ki, qətnaməyə səs verən deputatların heç biri bu tarixi hadisə haqqında məlumatlı deyillər. Bir daha sübut olunur ki, qəbul edilən əsassız qətnamə sırf siyasi maraqlara xidmət edən bir addımdır. Hətta alman deputatlar da gözəl bilirlər ki, 1915-ci ildə ermənilər bölgədən köçürülən zaman Türkiyə ordusunun baş komandanları məhz alman zabitləri idi. Bu qərarı da almanlar özləri vermişdilər. Biz də Azərbaycan olaraq bu qətnaməni birmənalı şəkildə qınayırıq. Bölgənin taleyini bu gün Azərbaycanla Türkiyə arasındakı enerji və iqtisadi sahədə olan layihələr həll edir. Bu da Avropa üçün birmənalı şəkildə mühüm olan məsələdir. Avropa təzyiq metodu yox, əməkdaşlıq metodunu seçsə, daha yaxşı olar. Biz bu sözləri Almaniyada onlara çatdırdıq və Tiflisdə də çatdıracağıq".
Alim