“Azneft” İB-nin qaz təsərrüfatı yenilənir

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir.

"Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir. Aşağı təzyiqli səmt qazının yığılaraq itkisiz təhvil verilməsi məqsədi ilə müasir tipli vakuum kompressorları, qaz-su soyuducuları, turbin və kompressor qurğuları yeniləri ilə əvəz olunur. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Neft Daşları"ndakı 2346 saylı özüldə aşağı təzyiqli qaz-yığım sistemində istismar olunan 9 ədəd elektrik intiqallı vakuum kompressorunun 6 ədəd müasir tipli vintli kompressorla əvəz olunması istiqamətində aparılan işlər başa çatmaq üzrədir. 1799 saylı estakadayanı meydançada isə aşağı təzyiqli səmt qazının yığılmasında istismar olunan 8 ədəd elektrik intiqallı kompressor qurğusu 6 ədəd müasir tipli vintli kompressorla əvəz olunacaq. Bu məqsədlə layihələndirmə işləri görülür. Bununla yanaşı, "Neft Daşları"nın qaz-yığım sistemlərində istismar olunan 3 ədəd elektrik intiqallı kompressor əsaslı təmir olunaraq təhvil verilmişdir. NQÇİ-nin qazlift və nəql sistemlərində istismar olunan 10 ədəd qazmühərrikli kompressor qurğusunun yay mövsümündə fasiləsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə 3 və 4 saylı kompressor stansiyalarının qaz-su soyuducuları yenidən qurularaq istismara verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31