SOCAR xarici valyutada olan aktivlərin məzənnə fərqindən 3 mlrd. manatdan artıq gəlir əldə edib

SOCAR konsolidə olunmuş aktivlərinin həcmi 39,083 mlrd. manat təşkil edir.  Bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, bu il yanvarın 1-ə olan məlumata görə, SOCAR-ın maliyyə göstəricilərində 1,438 mlrd. manat zərər yaransa da, xarici valyutada olan aktivlərin müsbət məzənnə fərqindən 3,271 mlrd. manat gəlir əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31