Nazir: "SOCAR bu ilin sonunadək DESFA-nı özəlləşdirəcək"
2 İyun 2016 16:00 İqtisadiyyatYunanıstanın milli qazpaylayıcı operatoru olan DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi bu ilin sonunadək baş tutacaq. "Reuters" agentliyi xəbər verir ki, bu barədə Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis deyib. Nazir əlavə edib ki, rəsmi Afina "Hellenic Petroleum" neft emalı zavodunun və əsas səhm paketi dövlətə məxsus olan digər şirkətlərin özəlləşdirilməsini planlaşdırmır. "Enerji sektoruna özəlləşdirilmə proses davam etməyəcək", - deyə nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31