Rusiyada bir neçə nəfər Zika virusuna yoluxma şübhəsi ilə müşahidəyə götürülüb
2 İyun 2016 14:17 İqtisadiyyatRusiyada bir neçə nəfər Zika virusuna yoluxma şübhəsi ilə tibbi müşahidəyə götürülüb. "RİA Novosti" xəbər verir ki, bunu RF-dfə istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət orqanı - "Rospotrebnadzor"un başçısı Anna Popova bildirib. "Hazirda bizdə Zika virusuna yoluxmaya şübhə ilə bir neçə nəfər həkim müşahidəsinə götürülüb. Bu, daim dəyişən vəzityyətdir, davam etdiriləcək", - Popova deyib. Bu gün dünyanın 48 ölkəsində Zika virusuna yoluxma halları təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31