Romada Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı müzakirə olunacaq

İyunun 13-də Romada Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının IV iclası keçiriləcək. İclas hər iki ölkənin biznesinin iştirakı üçün açıq olacaq. Bunu Trend-ə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo deyib. Onun sözlərinə görə, iclas ölkələr arasında əməkdaşlığı müzakirə etmək üçün yaxşı imkan və əlaqələrin vacibliyinin göstəricisi olacaq.İtaliyanın Bakıdakı Ticarət Palatasının sədri Luici D'Aprea Trend-ə bildirib ki, İtaliya neft-qaz sahəsində birgə layihələrin artmasını gözləyir: "Gözləntilərimiz böyükdür və istənilən vaxt Azərbaycanla əməkdaşlığa hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31