Əfqan İsayev: "Cənub Qaz Dəhlizi"nin maliyyələşdirilməsi üçün danışıqlar davam edir"

"Cənub Qaz Dəhlizi" QSC eyniadlı layihənin reallaşdırılması üçün 1,5 mlrd. dollarlıq avrobond buraxmaq, o cümlədən Dünya Bankından 500 mln. dollarlıq kredit cəlb etmək niyyətindədir. "Bloomberg" agentliyi xəbər verir ki, bu barədə QSC-nin rəhbəri Əfqan İsayev bildirib. Onun sözlərinə görə, qiymətli kağızlar bu ilin sonunadək yerləşdiriləcək. Ə. İsayev əlavə edib ki, vəsaitin cəlb olunması Asiya İnkişaf Bankı və Avropa yenidənqurma və İnkişaf Bankı ilə də danışıqlar aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31