"SOCAR Turkey Energy" bu ilin sonunadək TANAP-ın səhmdarı olmaq niyyətindədir

"SOCAR Turkey Energy" 2016-cı ilin sonuna qədər TANAP layihəsinin səhmdarı olmaq niyyətindədir. Bu barədə "SOCAR Turkey Energy"nin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib. "Biz bu ilin sonunadək TANAP-ın səhmdarı olmaq niyyətindəyik. Təbii ki, proses bir qədər uzana bilər. Türkiyə tərəfi bununla bağlı müvafiq razılıq verməlidir. Azərbaycan tərəfi artıq əqdin bağlanması ilə bağlı razılığını verib", - deyə Z. Qəhrəmanov qeyd edib.

Qeyd edək ki, "SOCAR Turkey Energy" ana müəssisəsi olan SOCAR-ın TANAP-dakı 7%-ini almaq niyyətindədir. TANAP-da şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAŞ - 30%.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31