SOCAR: "Petkim"ə investisiya yatırmaqda davam edəcəyik

"Apardığımız işlər nəticəsində "Petkim Petrokimya Holding A. Ş."-nin aktivlərinin böyüməsinə səbəb olub ki, bu da öz nəticəsində holdinqin səhmlərinə dəyər qazandırıb". Bu barədə "SOCAR Turkey Energy" şirkətinin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov deyib. "Biz "Pektim"i aldıqdan sonra holdinqin səhmləri bahalaşmaqdadır. Bizim proqnozumuza görə, şirkətin aktivləri artacaq, səhmləri isə daha da bahalaşacaq. Bu ilin birinci bürünün yekunlarından da razıyıq. Bildiyiniz kimi, ilk rübü gəlirlə başa vurmuşuq. "Petkim" bizim əsas aktivlərimizdən biridir və biz bura investisiya qoyuluşunu davam etdirəcəyik", - deyə şirkət rəhbəri qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31