Azərbaycan banklarının rəhbərləri BVF-nin missiyası ilə görüşüb

Görüşdə borcvermə standartları və dollarlaşma məsələləri müzakirə olunub

Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyası ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan kommersiya banklarının rəhbərləri arasında görüş keçirilib. "Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, missiyaya Məhəmməd əl-Qorçi rəhbərlik edib. Görüş zamanı bankların fəaliyyət göstərdiyi institusional mühit, borcvermə standartları, bankların restruktizasiyası, rəqabət mühiti, dollarlaşma və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31