WTI neftinin qiyməti 50 dollarlıq psixoloji həddi ötüb
26 May 2016 17:25 İqtisadiyyatNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 50,11 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar artaraq 50,39 dollar olub. Beləliklə, WTI neftinin qiyməti 2015-ci ilin oktyabrın 12-dən etibarən ilk dəfə 50 dollarlıq psixoloji həddi keçib.
Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb ABŞ-da kommersiya neft ehtiyatlarının azalmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31