Neftin qiyməti 50 dolları ötdü
26 May 2016 09:31 İqtisadiyyatBu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 50,11 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 49,90 dollar təşkil edib.
Qeyd edək ki, dünən hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 48,69 və 48,71 dollar təşkil etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31