ABŞ məqsədini AÇIQLADI
25 May 2016 13:54 İqtisadiyyatABŞ gərək Rusiya və Çin qarşısında öz hərbi üstünlüyünü saxlasın. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə naziri Eşton Karter söyləyib. Onun sözlərinə görə, ABŞ öz hərbi dəniz qüvvələrini daha da mükəmməlləşdirməlidir. O, Vaşinqtonun bundan sonra da orduya yatırımlar edəcəyini bildirib.
Qeyd edək ki, ABŞ hazırda Rusiya ilə Şərqi Avropada, Çinlə isə Cənub-Şərqi Asiyada qarşıdurma halındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31