Malena Mard: Azərbaycanın nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var

Avropa İttifaqı (Aİ) 2016-cı ilədək Azərbaycanda TAIEX proqramı xətti üzrə müxtəlif sahələrdə 213 layihə reallaşdırıb. Məlumata görə, bunu Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard Bakıda dəniz limanlarında əməliyyatlar və idaretməyə həsr edilmiş seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi nəzərə alınmaqla Şimalı Cənubla və Şərqlə Qərbi birləşdirən nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün böyük potensialı var: "Bakı dəniz limanı ilə Avropa limanları arasında əməkdaşlığın genişləndirilməsi, burada dünyanın qabaqcıl texnologiyalarının tətbiq edilməsi bu məqsədin reallaşdırılması üçün vacib addımdır. İnanıram ki, Bakı limanı Azərbaycanın Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsində vacib rol oynayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31