“Günəşli” yatağındakı 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündə 256 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR" ARDNŞ- ə istinadən verdiyi xəbərə görə,  quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib, 2612-2592 metr intervaldan sutkalıq 55 ton neft və 120 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31