SOCAR Gürcüstandakı neft terminalının gücünü artıracaq
22 May 2016 19:38 İqtisadiyyatSOCAR Gürcüstandakı Kulevi neft terminalının gücünü 320 mindən 380 min kubmetrə qədər artıracaq.
Mənbə Kulevi neft terminalının gücünü artırılması Heydər Əliyev adına Bakı neft emalı zavodunun (NEZ) istehsal gücünün 6 milyondan 7,5 milyon tona qədər artırılması ilə əlaqələndirib.
ARDNŞ-nin Kulevi terminalı 2008-ci ilin mayında istismara verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31