Angela Merkel Türkiyəyə səfər edəcək
20 May 2016 18:12 İqtisadiyyatTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də İsrtanbulda Almaniya kansleri Angela Merkellə görüşəcək. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib. Onun sözlərinə görə, Türkiyə prezidenti ilə Almaniya kansleri arasında görüş planlaşdırılıb. A.Merkel İstanbulda keçiriləcək Ümumdünya Humanitar Forumunda iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31