“Darvin bankası” yatağında yeni quyu qazılır
20 May 2016 13:04 İqtisadiyyat"Darvin bankası" yatağındakı 720 nömrəli meydançadan 766 nömrəli quyuda qazma işlərinə başlanılıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1440 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil olunacağı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31