Vergilər Nazirliyi: Hər hansı problem barədə siqnal daxil olarsa, dayandırılan yoxlamalar bərpa olunacaq
18 Aprel 2016 13:32 İqtisadiyyatVergilər Nazirliyi müvəqqəti olaraq dayandırılan yoxlamaları bərpa edə bilər. "APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi Samirə Musayeva bildirib. "Vergilər Nazirliyi kollegiya qərarı ilə kiçik sahibkarlıqla məşğul olanlar və sadələşdirilmiş vergi ödəyicilərində müəyyən yoxlamalar - əmək müqaviləsinin bağlanmaması, lisenziyasız fəaliyyət göstərmək, malların aksiz markası ilə markalanmasına nəzarətlə bağlı yoxlamalar istisna olmaqla, digər yoxlamaları müvəqqəti olaraq dayandırıb. İstənilən vaxt həmin sahədə hər hansı bir problem barədə siqnal daxil olarsa, həmin sahələri vergi nəzarəti tədbiri ilə əhatə edib yoxlaya biləcəyik", - deyə S. Musayeva qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31