Bəzi kənd təsərrüfatı malları-məhsulları ƏDV-dən azad olunur

Vergi Məcəlləsinə nəzərdə tutulan növbəti dəyişikliyə görə bir sıra kənd təsərrüfatı malları-məhsullarının satışı və idxalı Əlavə Vergi Dərəcəsindən (ƏDV) azad edilir. "Olaylar" xəbər verir ki, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 18-də keçirilən iclasının müzakirəsinə çıxarılan Vergi Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb. Vergi Məcəlləsinin 164-cü maddəsinə nəzərdə tutulan dəyişikliyə görə, malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə, idxalın aşağıdakı növlərindən ƏDV tutulmur. Yəni, Məcəllənin -164.1.29.damazlıq heyvanların idxalı və satışı; 164.1.30.toxum və tinglərin idxalı və satışı; 164.1.31.mineral gübrələrin, pesidistlərin idxalı və satışı; 164.1.32.toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənnməsi və ya kalibirlənməsi üçün idxalı və satışı; 164.1.33.kənd təsərrüfatlı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı; 164.1.34. bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31