Neftin bahalaşacağı ilə bağlı ümidlər “dəfn olundu”

"OPEK Dohada razılığa gələ bilmədi. Birja bu qərara qısa zamanda reaksiya verdi. Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analtiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər "dəfn olundu". Bunu deyən iqtisadçı ekdpert Vüqar Bayramovun sözlərinə görə, belə görsənir ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulmasını məsələsini gündəmdən çıxartdılar: "Doha Görüşü əslində bir daha "neft bumu dövrnə" qayitmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi. Neft ölkəsi olan Azərbaycan üçün Doha Görüşü əhəmiyyətli idi. Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir".

Xatırladaq ki, neft ixracatçısı ölkələrin Qətərin paytaxtı Dohada keçirdikləri uğursuz görüş neft bazarına da mənfi təsir göstərib. Görüşdən sonra London birjasında "Brent markalı "qara qızıl" 7% ucuzlaşıb və 40,1 dollara düşüb. WTI markalı neft isə 6,8% dəyər itirib və 36,61 dollar olub.
Beləliklə, Doha görüşü öncəsi 1 barelə görə 45 dollar olan neft uğursuz görüşdən sonra 5 dollar ucuzlaşıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31