İlin əvvəlindən Bakı metrosu ilə 52 mln. nəfərdən çox sərnişin daşınıb
15 Aprel 2016 14:45 İqtisadiyyatBu ilin birinci rübündə Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 52,2 mln. nəfər olub. Bu göstərici ötən il ilə müqayisədə 3,4% azdır. Onu da qeyd edək ki, ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,9%-i metronun payına düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31