Köhnəlmiş enerji infrastrukturu yenidən qurulur

"Azneft" İstehsalat Birliyinin "Abşeronneft" neft və qazçıxarma idarəsində mövcud enerji infrastrukturunun uzun müddət ərzində istismarda olması, onların fiziki və mənəvi cəhətdən aşınma səviyyəsinin yüksəlməsi, xüsusən son dövrlərdə aparılan genişmiqyaslı yenidənqurma işləri və yeni istehsalat obyektlərinin tikilib istifadəyə verilməsi ilə əlaqədar enerjiyə olan tələbat yüksək həddə çatıb. Bu məqsədlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, İdarədə enerji infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb, ''Neftqazelmitədqiqatlayihə'' İnstitutu tərəfindən hazırlanmış layihələrə uyğun olaraq, "Neftqaztikinti" tresti tərəfindən yeni hava elektrik ötürücü xətləri, sualtı kabel xətləri çəkilib, güc transformatorları, paylayıcı qurğular və paylayıcı şitlər quraşdırılıb, yeni yarımstansiyalar istismara verilib. O cümlədən, 290 saylı estakadayanı meydançada yeni paylayıcı qurğu müasir tipli avadanlıqlarla təchiz olunmuş, bu meydança ilə 562 saylı estakadayanı meydança
arasında yeni istismara verilmiş paylayıcı qurğu arasında elektrik təchizatının etibarlılığının təmin edilməsi məqsədi ilə yeni sualtı kabel xətti, Darvin bankası yatağında 740 saylı stasionar dəniz özülündə qazılmış 8 hasilat quyusunun elektrik təchizatını təmin etmək məqsədilə hər biri 500 metr uzunluğunda 2 ədəd yeni sualtı kabel xətti çəkilərək istismara verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31