Rus hərbçilərinin Ermənistanda hərbi əməliyyatlarının görüntüsü yayıldı
13 Aprel 2016 16:21 İqtisadiyyatErmənistanın Alp poliqonunda Rusiya xüsusi təyinatlıları təlim keçirib. Baku.ws bildirir ki, təlim zamanı şərti diversantlar pusquya salınır və hərbi maşın partladılır. Daha sonra hər tərəfdən hücüma keçən ruslar şərti düşməni zərərsizləşdirir. Şərti diversantların məhv edilməsindən sonra xüsusi təyinatlılar müəyyən edilmiş normativləri yerinə yetiriblər. Həmçinin hərbi qulluqçular maneələri dəf edib və əsl döyüş vəziyyətinə hazırlaşıblar.
Qeyd: Bu görüntülərin nə zaman lentə alındığı məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31