Azərbaycan və Qazaxstan Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradacaq

Bu gün Bakıda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr Cavid Qurbanovla "Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi  Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, C. Qurbanov Azərbycanda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib. Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, "ADY ekspess" MMC-nin , "KTZ Express" SC, GTrans Kavkasus TerminalsG MMC və GACSC Logistics  MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub. Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri A. Mamın Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektikləri  haqqında danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31