Bakıda 14 yaşlı qız özünü binadan atdı
12 May 2023 15:11 HadisəBu gün Bakıda yeniyetmə qız özünü çoxmərtəbəli binadan atıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Bakıxanov küçəsində - Bakı Zooloji parkı ilə üzbəüz ərazidə baş verib. 2009-cu il təvəllüdlü M.Məmmədova (şərti) özünü 14 mərtəbəli binadan atıb. O, hadisə yerində vəfat edib.
Prokurorluqdan faktı təsdiq etsələr də, əlavə məlumat verilməyib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31