Gündəm

Avropa İttifaqı terrorçuların siyahısını yenilədi

1 İyul 2016 14:10

Avropa İttifaqı (Aİ) "İslam dövləti" və "Əl-Qaidə" terror qruplaşmaları ilə əlaqəli olan fiziki şəxs və təşkilatlara qarşı məhdudiyyətlərə əlavələr edib.

Mingəçevirdə “KİV və müəllif hüquqları”  mövzusunda tədbir keçirilib

1 İyul 2016 14:08

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 30-da Mingəçevir şəhərində “KİV və müəllif hüquqları” mövzusunda tədbir keçirib.  Mingəçevir Media Resurs Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Beynəlxalq İnkişaf Nazirliyinin nümayəndələri Mədəniyyət və Turizm Nazirliyinə olub

1 İyul 2016 13:54

Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədov ilə ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Regionlararası Əməkdaşlıq üzrə Milli Komissiyasının Baş Katibi Bertran Fort arasında görüş keçirilib.

Gəncədə daha bir beynəlxalq festival

1 İyul 2016 13:53

"Gəncə 2016-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə olaraq “Graffitti Festival” keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəıbərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda gənclər rəsm qabiliyyətlərini nümayiş etdiriblər.

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi bəyənat yaydı

1 İyul 2016 13:47

“Helsinki Yekun Aktında yer alan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin pozulması Avropa təhlükəsizliyi böhranının əsas səbəblərdən biridir.

ATƏT PA-nın yay sessiyası başlayır

1 İyul 2016 13:42

Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası başlayıb. Bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili məumat verib.

İmişlinin Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib

1 İyul 2016 13:40

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Gədəbəydə yol tikintisinə başlanıldı

1 İyul 2016 13:39

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.