İmişlinin Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.
1 İyul 2016 13:40 SosialSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, iyulun 1-də İmişli rayonunun Qaraqaşlı kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 305 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 30408 metrlik müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.