Özbəkistanda “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib
1 İyul 2016 13:46 SosialDaşkənddəki 30 saylı İnternat məktəbinin uşaqları üçün Özbəkistanın Çervak gölünün ətrafında təşkil edilmiş yay düşərgəsində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən "Azərbaycanı tanıyaq" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, xeyriyyə tədbirində Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim heyəti, İnternat məktəbinin 120 şagirdi, habelə Daşkənddəki 101 saylı fiziki qüsurlu uşaqlar üçün İnternat məktəbinin 30 şagirdi iştirak ediblər. Tədbirin bədii hissəsində uşaqlar arasında maraqlı viktorinalar keçirilib, uşaq və yeniyetmələrə Azərbaycan, Özbəkistan, dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair suallar verilmiş, yaxşı nəticə göstərən şagirdlərə hədiyyələr verilib. Uşaqlara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sovqatları, kiçik bayraqlar, ölkəmizin mədəniyyətinə dair kiçik suvenirlər hədiyyə edilib.