"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum oldu

Spar və Araz Supermarketlər şəbəkəsi tərəfindən öz müştəriləri üçün təşkil edilən "MÖHTƏŞƏM 100 GÜN" adlı stimullaşdırıcı lotereyasının qalibləri məlum odub. "OLAYLAR"-ın xəbərinə görə, lotereyada tiraj komissiyasının şahidliyi ilə Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanılıb. İlk öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd telefon və 20 ədəd tozsoran öz sahibini tapıb. Uduşlu tirajda İlyasova İradə Ərşad qızı "Toyota Corolla", Dadaşova Sevil Bilal qızı "Toyota Camry", Ömərov Azər Nüsrət oğlu "Toyota Prado" avtomobilini, Mikayılzadə Aydan Firuz qızı "Kristal Abşeron" şirkətinin Xırdalandakı yaşayış kompleksindən 2 otaqlı mənzili qazanıb. Əsas hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00