Ağcabədidə Multikulturalizm mövzusunda zona konfransı keçiriləcək
1 İyul 2016 13:50 SosialMədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Ağcabədi rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanası birgə Ağcabədi rayonunda "Multikulturalizm və kitab" mövzusunda zona konfransı keçirəcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, konfrnas çərçivəsində Multikulturalizm Mərkəzinin nəşri olan "Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabının, "Multikulturalizm" jurnalının ilk nömrəsinin təqdimatını və "Multikulturalizm Azərbaycanın həyat tərzidir" adlı kitab sərgisinin açılış da olacaq. Tədbir iyul ayının 8-də Qarabağ Muğam Mərkəzində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00