Gəncədə daha bir beynəlxalq festival
"Gəncə 2016-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə olaraq “Graffitti Festival” keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəıbərə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda gənclər rəsm qabiliyyətlərini nümayiş etdiriblər.
1 İyul 2016 13:53 Sosial"Gəncə 2016-Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə olaraq "Graffitti Festival" keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda gənclər rəsm qabiliyyətlərini nümayiş etdiriblər. Festivalda "street art" həvəskarları beton lövhələr üzərində sprey rəngləyicilərlə rəsmlər çəkiblər. Tələbə və məktəblilər Gəncə şəhərinə aid rəmzləri rəsmlərlə nümayiş etdiriblər. Festivalın keçirilməsinin əsas məqsədi məktəbli və gənclərin asudə vaxtlarının səmərəli təşkili, graffiti sənəti haqqında onları məlumatlandırmaqdır.